İçkili olanlar oxusun - Ayılmaq üçün bunları edin

  • 2019.10.15 13:06
  • 8572 Baxış
İçkili olanlar oxusun -  Ayılmaq üçün bunları edin

Qonaqlıqda,
əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir.
"Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız
olur, özünü pis hiss edir.



Əgər siz də
içkidən ayıla bilməmisinizsə, Bunları etməyiniz məsləhətdir.



– Baş ağrısını,
bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə
bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası
ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını
bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.



– Çoxlu su için. Spirt bədəni qurutduğu
üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi
gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da "poxmel” olanlar
üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiniz.
Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə
edilir.



– Gün ərzində qəhvə və qara çay əvəzinə
bitki çayları içərək, günü daha rahat keçirə bilərsiniz.



– Spirtli içki içmədən əvvəl bir qaşıq
zeytun yağı içsəniz spirt qanınıza daha az qarışacaq.



– Spirtli içki içmədən əvvəl yemək yeyin.
Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə içmək olmaz. Qaraciyəri
yükləyərək, özünüzü daha pis hiss etmənizə səbəb olar.



– Bütün günü yataqda keçirməyin. Bu,
özünüzü daha halsız və yorğun hiss etmənizə səbəb olacaq. Piyada gəzin, təmiz
hava alın.



– Səhər yuxudan oyananda yüngül bir nahar
edin. Ağır nahar sizi
daha çox yorar.



– Səhər naharında
təzə sıxılmış portağal suyu içmək sizə gümrahlıq verər.



– Gün ərzində
mütləq portağal, qreypfrut, naringi kimi C vitamini ilə zəngin meyvələr yeyin.



– B vitamini qəbul
edin. Spirt bədəndəki vitaminləri öldürür. B vitamini qaraciyər yolları üçün
fayalıdır. Ertəsi gün B vitamin kompleksi qəbul etməniz faydalı olacaq.



– Bir çox insan
"poxmel” olduğu üçün ertəsi gün daha çox hamburger, "fast food”lar yeyir. Ancaq
bu, yanlışdır. Daha sağlam qidalanın, səhər yeməyi üçün yumurta, avokado,
ispanaq yeyin.



– Brokoli, kələm,
brüssel kələmi yeyin. Limon və dəniz duzu səpilmiş rəndələnmiş kök də
qaraciyərə faydalıdır.



– Tərləyin. Ertəsi
gün yüksək tempdə idman edərək tər tökün. Yoqa da axşamdan "poxmel” qalanlara
faydalıdır.


- Ayılmaq üçün üzmək də ən yaxşı vasitələrdən hesab edilir.