Qəfil ölümlərin səbəbi bu qurdlar imiş – Qadının üzündə yaranan şiş həkimləri dəhşətə gətirdi (FOTO)

  • 2019.05.10 11:58
  • 62287 Baxış
Qəfil ölümlərin səbəbi bu qurdlar imiş –  Qadının üzündə yaranan şiş həkimləri dəhşətə gətirdi (FOTO)

 Rusiyada bir qadının səhhətində yaranan problem bütün dünyanın diqqətini çəkib.

 

Medicina.az xəbər verir ki, xəstəxanaya müraciət edən qadının əvvəlcə sol gözündə şişlik peyda olub. Analoji hal daha sonra dodağında da müşahidə olunub. Eyni ərəfədə üzündə ləkələr də artıb. Vəziyyətdən narahat olan qadın həkimə müraciət edib. Tibbi müayinələrədən sonra aldığı cavabdan şoka düşüb. Nadir rastlaşılan durum dünyada gündəm olub.

Adını vermək istəməyən 37 yaşlı qadın səhhətində baş verən bu anormallıqların 10 gün aralıqla baş verdiyni deyir. Tibbi briqadanın apardığı araşdırmaların nəticəsində problemin parazit qurdundan yarandığı məlum olub.

Bütün bunlara səbəb orqanizmindəki  Dirofilaria immitis qurdları olub.

 

 
Ürəyin dayanmasına səbəb olan Dirofilaria immitis qurdları: Hesab edirlər ki, bu, geniş yayılmış xəstəlik deyil. Amma əslində Dirofilaria immitis, insanların 23%-də yaşayır. Erkən mərhələdə onlar tamamilə gözə görünmür və orqanizmə mənfi təsir göstərmir. Amma bədəndə nə qədər çox qalsalar, ürəyə bir o qədər çox mənfi təsir göstərirlər. Onlar bir çox ürək xəstəliklərinin əsas səbəbidir. Qəfil ürək dayanmaları səbəbindən yaranan ölümlərdən danışırıqsa, bu parazitlərin, həmin ölümlərin az qala 100%-nin səbəbi olduğunu qeyd etməliyik.  Bəs bu qurd qadının bədəninə necə daxil olub?
 Rostov Tibb Universitetinin Parazitologiya və Yoluxucu Xəstəliklər üzrə həkim komandası qeyd edib ki, bunun səbəbi ağcaqanad dişləməsidir. Həşəratdan yoluxan parazit zamanla inkişaf edib və bu həddə çatıb. Həkimlərin sözlərinə görə analoji vəziyyətlə 10  belə pasiyent müraciət edib.

 

 
Ayna Məmmədova Medicina.az