Bu möcüzəvi sudan gündə 250 ml içməklə…Təzyiq xəstələrinin dərmanı tapıldı –

  • 2019.06.29 14:11
  • 33772 Baxış
 Bu möcüzəvi sudan gündə 250 ml içməklə… Təzyiq xəstələrinin dərmanı tapıldı –
Yüksək təzyiq insanların ən çox üzləşdikləri sağlıq problemlərindən ən geniş yayılanıdır.

 

Medicina.az xəbər verir ki, yüksək təzyiq insanı infarkta qədər gətirib çıxara bilər.
Bəs necə edə bilərik ki, ev şəraitində yüksək təzyiqi aşağı salaq?
London Tibb Məktəbinin alimləri bu məqsədlə bir sıra eksperimentlər keçirərək aşkar ediblər ki, dərmana müraciət etmədən təzyiqi azaltmaq nə qədər asandır.

 Yüksək sistolik təzyiqli 15 nəfərin iştirakı ilə aparılan tədqiqatlar göstərib ki, qan damarlarının genişləndirilməsi və qan tədarükünün yaxşılaşdırılmasına çuğundur suyundan istifadə çox kömək edə bilər.

 
Eksperimentdə iştirak edən könüllülər iki qrupa bölünüb.
Birinci qrup hər gün 250 ml çuğundur suyu içib.

 

 
İkinci qrup isə  qan təzyiqinin aşağı salınması üçün dərman qəbul etməmək şərtilə təxminən eyni miqdarda su içib.
Eksperimentin nəticəsində çuğundur şirəsi içən şəxslərin  sistolik və diastolik qan təzyiqi aşağı düşüb.

 

 
Bu təsir bir neçə saatdan sonra ortaya çıxıb. Alimlər hesab edirlər ki, çuğundur suyunun tərkibindəki nitratlar hipertoniyanı aradan qaldırır.
Bu maddələr assimilyasiya prosesində insan orqanizmində nitrik oksidə çevrilir. Bu isə damarları genişləndirən qazdır.

 

 Ülviyyə Mirzəyeva

  Medicina.az
 Bu möcüzəvi sudan gündə 250 ml içməklə… Təzyiq xəstələrinin dərmanı tapıldı –