Evdə ağrıkəsici maz hazırla – Əzələ-oynaq ağrıları üçün

  • 2019.07.16 19:02
  • 23332 Baxış
Evdə ağrıkəsici maz hazırla –  Əzələ-oynaq ağrıları üçün
Gündəlik rast gəlinən ağrıların böyük hissəsi əzələ ağrılarıdır. Bu ağrılar əleyhinə müxtəlif mazlar, kremlər var.

Medicina.az gündəlik həyatınızda sizə çox lazım olacaq möcüzə bir mazın reseptini təqdim edir. Aptekə getməyə gərək yoxdur, bütün ailə üçün bu mazı

 hazırlaya bilərsiz.

 


Tərkibi:


Kokos yağı – 50 qr

Dəfnə yarpağı – 10 ədəd

2 yemək qaşığı bal

9 damcı nanə arağı

5 damla qərənfil yağı


Əgər əlinizdə bu yağlardan yoxsa, darçın yağı və ya çobanyastığı  yağından da istifadə edə bilərsiz.


Hazırlanma qaydası.


Hindisdan qozu (kokos) yağını kasaya qoyun, üzərinə 10-12 ədəd dəfnə yarpağı, balı  əlavə edin,  mikrodalgalı sobada  1 dəqiqə boyunca yağla qarışsın. 9 damla nanə arağını, 5 damla qərənfil yağını əlavə edin. Taxda qaşıq vasitəsilə qarışdırın. Daha sonra qarışımı təmiz bir qaba yerləşdirin. Otaq tempuraturunda bir müddət saxlayın.


İstifadə zamanı  kremin bir hissəsini əlinizə götürün, ağrıyan nahiyəyə 5 dəqiqə boyunca masaj edərək  ovun.

Kremi açıq yaralara və gözə toxundurmaq olmaz.


Allergiya olarsa, kremi tez yuyun və bir daha istifadə etməyin.