Goranboyda doğuşdan sonra ölən ana ilə bağlı cinayət işi açıldı

  • 11 Sentyabr, 2019
  • 1848 Baxış
Goranboyda doğuşdan sonra ölən ana ilə bağlı cinayət işi açıldı
Goranboyda doğuşdan sonra ananın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Medicina.az apa-ya istinadən xəbər verir ki, Goranboy rayon Şahməmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. Ə.Quliyeva qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti normal qiymətləndirilir.