Sinıq, travma xərçəngə səbəb olarmı? – Məşhur xokkeyçinin ölüm səbəbi

  • 23 Oktyabr, 2019
  • 3242 Baxış
Sinıq, travma xərçəngə səbəb olarmı? – Məşhur xokkeyçinin ölüm səbəbi

Ötən həftə Rusiyanın gənc xokkeyçisi, 29 yaşlı Samvel Mnasanın xərçəngdən ölməsi xəbəri idmansevərləri həm təəccübləndirib, həm də kədərləndirib.

Medicina.az xəbər verir ki, idmançı onurğasında xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Xokkeyçi matç zamanı kürəyindən, düz onurğasından aldığı zərbədən sonra bu xəstəliklə üzləşib.

Onun ölümündən sonra idmançıları bir sual maraqlandırır. Oyun, idman zamanı alınan zərbələr, ümumiyyətlə bədənə dəyən travma sonra bədxassəli şişə səbəb ola bilərmi?

Şiş törəmələrinin yaranma mexanizminin səbəb və patogenezi içində hələ ki, travmalar yoxdur. Bu səbəblərin təsiri barədə hələ ki, tutarlı nəticəsi olan elmi araşdırmalar aparılmayıb. 

Lakin təcrübədə çox xəstələr şiş yaranan nahiyədə köhnə travma, zədə olduqlarını etiraf edirlər. Məsələn, süd vəzi xərçəngində çox 30% xəstələr travmadan sonra şiş yarandığını bildirir.

Yumşaq toxumaların şişləri, onurğa, sarkomaların bəzi növlərindən əziyyət çəkən xəstələr sınıq, çıxıq, qəza, ağır travmalardan bir müddət sonra xərçəng diaqnozu qoyulduğunu qeyd edir. 

Digər tərəfdən bu insanları bir daha travmadan sonra həmin nahiyə və orqanlara daha diqqətli olmağa əsas verir. Ola da bilsin travma aldıqdan sonra xəstəxanada diqqətli müayinələr zamanı xəstələrdə artıq çoxdandır başlamış şişlər aşkarlanır.

Hər bir halda travma, sınıq, zədədən sonra xərçəng olacaq fikrini təsdiqləmək olmaz.