Stress və əsəb qaraciyər xərçəngi yaradır

  • 2019.08.23 16:54
  • 5542 Baxış
Stress və əsəb qaraciyər xərçəngi yaradır
İnsan orqanizmini stresin fəsadlarından və xərçəng hüceyrələrini inkişaf etdirən ferment eynidir.

Bunu Oqasta universitetinin alimləri bildirir.


Medicina.az xəbər verir ki, alimlər şiş toxumasında Nqo1 adlı zülal fermentinin artdığını analiz ediblər.


Siçanlar üzərində aparılan təcrübədə qaraciyər şişi olan heyvanlarda bu fermentin xəstəliyə təsirini araşdırıblar.

Tibdə Nqo1 fermenti orqanizmin gərgin stresə cavab olaraq hasil olur və orqanizmi stress zamanı qana sıçrayan sərbəst radikalların təsirindən, çoxluğundan qoruyur.


Məlumdur ki,stess, qorxu zamanı qana sərbəst radikallar çox sıçrayır və onlar DNK-nı hüceyrə səviyyəsində zədələyir. Bununla da orqanizmin tec qocalması və onkoloji xəstəliklərin yaranmasına səbəb olur.


Amma yeni elmi iş bu fermentin roluna yenidən baxmağa vadar edir. Alimlər hesab edir ki, Nqo1 fermenti qaraciyəri sərbəst radikallardan təmizləmək əvəzinə, əksinə onu orqanizm boyu yayıb, şiş hüceyrələrinə çevrilməsinə səbəb olur. 


Yumurtalıq, süd vəzi, mədəaltı vəz xərçəngində də bu fermentin miqdarı çox çıxıb. 


Alimlər fermenti blok etdikdən sonra, siçanlarda şiş hüceyrələrinin aktivliyi, yayılması azalıb. Bununla da bu araşdırmanın xərçəng preparatlarında tətbiq olunmasını məsləhət bilir. Dərmanlara bu fermenti azaldan, blok edən maddə qatılsa, xəstənin müalicəsi daha effektli olar.