Validol, yoxsa Valerian? – Həyəcan, təşviş, ürək sıxılmasında yardım

  • 31 İyul, 2019
  • 9547 Baxış
Validol, yoxsa Valerian? – Həyəcan, təşviş, ürək sıxılmasında yardım
Bu iki preparat Validol və Valerian adları və təyina üzrə oxşardır. Amma çox insanlar aptekdən daha çox valerian alıb, ürək problemi və əsəbi halda qəbul edir. Kardioloqlar validolun ürək xəstəliklərinin müalicəsində effektsiz olduğunu bildirir. Amma buna baxmayaraq Valerian- pişikotu tərkibli dərmanın xəstələrdə rahatladıcı və sakitləşdirici təsir etdiyini də danmaq olmaz.

Medicina.az hansı hallarda Validol, hansı hallarda isə Valerian qəbul olunnası barədə məlumatı təqdim edir. Hər iki dərman ev aptekində olmağa layiqdir.

Validol (Valiodoum) – mentol və mentil turşusunun qarışımıdır. Tablet və damcı formasında olur.

Reflektor damar genişləndirici, spazm əleyhinə, sedativ, mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir.
Tableti dil altına qoyulur.

Göstərişləri:

-Stenokardiya tutmalarında
-neyro-sirkulyar distoniya, kardialgiya, taxikardiya
-Təzyiq yüksəlməsi
-Nevrozlar, isterika, təşviş
-Təyyarədə və dənizdə qorxu və spazm əleyhinə
-Yuxuya getmətə çətinlik
-Səbəbsiz ürək sıxıntıları
-İpoxondriya
-Mədə-bağırsaq spazmları, kolik, sancılar
-

Gündə 1-2 dəfə dil altına tableti qoyulub, tam əridilir
Uzun müddət fasiləsiz istifadə etmək olmaz


Valerian

Sedativ- sakitləşdirici, rahatlaşdırıcı, yuxugətirici
Tərkibi bioloji aktiv maddələrdən – efir yağları, valepotriat, qlikozid, alkaloid, orqanik turşulardan ibarətdir. 
Damarları genişləndirir, ürəyin tac damarlarını genişləndirir, ürək ritmini azaldır.

Mərkəzi sinir sistemini oyanıqlığını söndürür.
Yüngül ödqovucu təsir edir, mədə-bağırsaq fəaliyyətinə təsir edir. 
Müalicəvi təsiri bir müddət sistematik qəbul etdikdə olur.

Göstərişləri:

-Sinir oyanıqlığı
-Yuxu pozulması
-Miqren
-Ürək-damar və mədə-bağırsaq sistemlərində funksional pozulmalar
-Nevrozlar
-Ürək ritmi pozğunluğu