Vitamin C və immunmodulyatorlar qripdən qorumur, faydasızdır – Malışeva

  • 2019.11.08 18:43
  • 5021 Baxış
Vitamin C və immunmodulyatorlar qripdən qorumur, faydasızdır –  Malışeva

Rusiyanın tanınmış siması, kardioloq Malışeva qrip, viruslar, soyuqdəymə zamanı C vitamini inyeksiyası, sistemi kömək etmir, mənasızdır.


Medicina.az xəbər verir ki, o, "Jİt Zdorovo” verilişində Rusiyada populyar olan 5 məşhur preparatın qrip və immunitet zəifliyində faydasız olduğunu bildirib. Bunlar C vitamini, virus əleyhinə dərmanlar, immunmodulyatorlar, burun damcıları və antibiotiklərdir.


Malışeva bildirib ki, viruslardan qorumaq üçün orqanizmə eyni vaxtda  8 qram vitamin lazımdır. Bu isə bir neçə qutu preparat deməkdir və onu eyni anda bədənə yeritmək olmaz. Ona görə bir inyeksiya, bir iki tablet vitamin C mənasızdır. 


Bir limonda C vitamininə olan sutkalıq təyələbat var. Bir şərtlə ki, isti su ilə qəbul olunmasın. Ona görə çaya, qaynaq suya limon sıxmaq da faydasızdır.

Eləcə də antibiotiklər qrup və virusdan sağaltmır.