Şahdamara hansı halda stent qoyulur? - Kardiocərrahdan cavab

  • 2022.04.15 14:54
  • 2492 Baxış
Şahdamara hansı halda stent qoyulur? -  Kardiocərrahdan cavab
Şahdamar (karotis) qanı beynimizə daşıyan ən böyük boyun arteriyamızdır. Şahdamarın daralması və tıxanması ölümlə nəticələnən ağırlaşmalara səbəb olur.

Medicina.az xəbər verir ki, ürək-damar cərrahı Cabir Gülmalıyev karotid arteriyada tıxanma və ya stenozu olan insanlarda insult ehtimalını minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən danışıb.

O, bildirib ki, dərman müalicəsinin qeyri-kafi olduğu xəstələrdə toxumalara qan axınının artırılması və daralmış arteriyaların açılması məqsədi ilə balon və stentləmə əməliyyatları həyata keçirilə bilər. Prosedur zamanı ümumi anesteziya tətbiq edilmir. Xəstə oyaq olur və venadaxili müxtəlif sakitləşdirici dərmanların yeridilməsi ilə prosedura başlanır:

"Stent tətbiqi - kateter adlanan nazik uzun borularla qasıq venalarından girilərək həyata keçirilir. Bu kateterdən keçən üzərində balon olan bələdçi tel ilə darlıq sahəsinə çatılır və angioplastika adlanan əməliyyat icra edilir. Angioplastika, balonu şişirdərək damardakı darlığın azaldılması prosesidir. Daha sonra stenozun (darlığın) təkrarlanmaması üçün stent adlı xüsusi boru yerləşdirilir".