Şair Məmməd İsmayıl müalicə aldığı xəstəxanadan evə buraxılıb.
"Medicina" xəbər verir ki, bu barədə Oxu.Az-a şairin qızı İntizar İsmayıl məlumat verib.
"Hazırda evə gedirik. Atamın vəziyyəti yaxşılaşıb. Xəstəxanaya gələndə vəziyyəti ağır idi, indi demək olar ki, sağalıb. Sadəcə elə dərmanlar var ki, onları mütəmadi olaraq qəbul etməlidir, evdə onları qəbul edəcək, amma ümumilikdə, vəziyyəti yaxşıdır".
Qeyd edək ki, Məmməd İsmayıl iyunun 30-da bədənində infeksiya aşkarlanması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.