Sağlam adamın nəcisinin xəstə adama köçürülməsi - Xoralı kolit və Kronun müalicəsi

  • 2018.03.16 19:25
  • 47310 Baxış
Sağlam adamın nəcisinin xəstə adama köçürülməsi -  Xoralı kolit və Kronun müalicəsi
Crohn xəstəliyinin və ulserativ (xoralı) kolitin bioloji müalicəsi.


Bu xəstəliklər immun patoloji xəstəliklər hesab olunur. Bağırsaqda 35 000-dən çox mikroorqanizm yaşadıgı ehtimal olunur. Onlardan yalnız 400-ə qədər alimlər tərəfindən izolə edilib. Bu mikroorqanizmlərin bir hissəsi selikli qişanın səthində yaşayır, bir hissəsi daha dərin qatlarda məskunlaşıb. Ümumiyyətlə, vücudda olan mikroorqanizmlər (mədə-bağırsaq traktı, dəri, urogenital) orqanizmin sağlamlığında böyük əhəmiyyət kəsb edirlər. Bağırsaq mikroflorasının metabolizmdə, həzmdə, həm bağırsaq immunitetində, həm sistemli immunitetdə, müxtəlif fizioloji proseslərdə iştirakı böyükdür. Ona görə müxtəlif səbəblərdən (yanlış qidalanma, antibiotik istifadəsi, stress, ekologiya və s.) bağırsaqda mikroorqanizmlər arasında balans pozulanda (disbioz) bağırsaq keçiriciliyi artır (dəlikli bağırsaq) və itihabi proseslər, autoimmun xəstəliklər inkişaf edə bilir (Crohn və ulserativ kolit də həmçinin). Crohn xəstəliyinin, ulserativ (xoralı) kolitin və digər autoimmun xəstəliklərin biotənzimləyici, mikrobioloji, immunoloji terapiyası məhz buna əsaslanır.


Bu xəstəliklərin effektli müalicə üsullarından biri də mikrofloranın transplanstasiyasıdır.


Fekal mikrobiota transplantasiyası – sağlam insandan alınan nəcisin suspenziya halına gətirilərək imalə, nazoduodenal, nazoyeyunal zondla və ya endoskopik yolla xəstənin bağırsağına köçürülməsidir.


Göstərişlər:

➡️ C. difficile infeksiası

➡️ bağırsağın iltihabi xəstəlikləri (Crohn, xoralı kolit və digər autoimmun xəstəliklər) 

➡️ qıcıqlanmış bağırsaq sindromu

➡️ xroniki diareya

➡️ xroniki qəbizlik

➡️ dəri xəstəlikləri

➡️ piylənmə və s.


Bizimlə əlaqə:

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında