Samuxda azyaşlı bacı qardaşın cöplü şirədən zəhərlənib öldüyü güman edilir

  • 2021.09.13 14:41
  • 2218 Baxış
Samuxda azyaşlı bacı qardaşın cöplü şirədən  zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb.

Medicina.az xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr dünən axşam yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. N.Quliyev isə bu gün xəstəxanada dünyasını dəyişib.

Uşaqların anası bildirib ki, oğlu səhərdən qusduğu üçün çöpü qaldığını düşünərək çöpçüyə aparıb. Sonra sistem qoyulub.

Evə gələndən sonra uşaq perajki yemək istəyib. Daha sonra uşağın vəziyyəti yenidən pisləşib. Uşaqların qarnı sancılanıb, ağrıları olub. Onlar xəstəxanaya yerləşdirilsələr də həyatlarını xilas etmək mümkün olmayıb.

Ananın dediyinə görə, hər iki uşaq axşam marketlərdə uşaqlar üçün satılan kiçik çöplü meyvə şirələrindən içiblər, başqa heç bir şübhəli qida qəbulu olmayıb.