Sarımsaqdan doğru istifadə qaydası: faydası 2 qat artır

  • 2024.05.22 21:51
  • 525 Baxış
Sarımsaqdan doğru istifadə qaydası:  faydası 2 qat artır
Sarımsağın sağlamlıq üçün faydaları saysız-hesabsızdır.

Bu tərəvəz tərkibindəki komponentlər sayəsində bədənə müalicəvi təsir edir. Xüsusilə imminiteti gücləndirməkdə effektivdir.

Həzmsizlik, şişkinlik və ödem problemlərindən əziyyət çəkirsinizsə, sarımsağın tərkibindəki komponentlər bədəninizdəki hüceyrə və toxumaları zədələyən problemlərin qarşısını alacaq.

Geniş spektrli antibiotik funksiyasına malik olan sarımsaq orqanizmin ehtiyac duyduğu qidaları ödəyir.

Sarımsaq bağırsaq problemlərini aradan qaldırır və daha sağlam bədənə sahib olmanızı təmin edir.

Medicina.az xəbər verir ki, sarımsaqdan doğru istifadə qaydası onun faydasını ikiqat artıra bilər.

Mütəxəssislər sarımsağı istifadə etməzdən əvvəl 5 dəqiqə dincəltməyi məsləhət görürlər.

“Allisin” antimikrobiyal fəaliyyət göstərən sarımsağın vacib bir komponentidir. Sarımsağı əzdikdən və ya doğradıqdan sonra 5-10 dəqiqə gözlətmək “allisin”in artmasına kömək edir. Gözləməyiniz sarımsaqdakı maddələrin konsentrasiyasına və faydalarını ikiqat artırmasına imkan verəcək. Kiçik bir fərq kimi görünsə də, uzun müddətdə sağlamlığınız üçün faydalı olacaq. Çünki sarımsağın faydaları bədənə daha çox hopacaq.

Qeyd edək ki, sarımsağı salatlara, souslara və bir çox yeməyə əlavə edərək gündəlik istifadə edə bilərsiniz.


Aysel