Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
Medicina.az xəbər verir ki, zəhərlənənlərdən 54 nəfəri məktəblidir.
Onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.
Hadisənin səbəbləri araşdırılır.