"Səhər açılandan həkimdəyəm, axşam evə gəlirəm" - Afaq Bəşirqızı - VİDEO

  • 2021.06.19 13:46
  • 1476 Baxış
"Səhər açılandan həkimdəyəm, axşam evə gəlirəm" -  Afaq Bəşirqızı - VİDEO
Xalq artisti Afaq Bəşirqızı səhhətindən danışıb.

Medicina.az xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Günü-gündən yaxşılaşıram. Bunu 5-6 aya bilmək mümkündür. Bəlkə də, bir aydan sonra nəticəni hiss edə bilərəm. Xəstəliyim o qədər dərinləşib ki, onun tam sağalması yox, bir az mənə dayaq olması mümkündür sadəcə... Səhər açılandan həkimdəyəm, axşam evə gəlirəm".

Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl dizindən əməliyyat olunub. Ona kök-hüceyrə köçürülüb.