Şəhər həyatındakı yüksək səs-küy beyini pozur - Bu xəstəliklər yaranır

  • 2021.10.07 15:26
  • 1041 Baxış
Şəhər həyatındakı yüksək səs-küy beyini pozur -  Bu xəstəliklər yaranır
Müxtəlif ölkələrdə ətrafdakı səsin insan sağlamlığına təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Medicina.az xəbər verir ki, yaşadığı və işlədiyi yerdə güclü səs-küy insanın eşitmə qabiliyyətinin pozulmasına, nevrotik və s. pozulmalara səbəb olur.

Araşdırmalardan biri göstərib ki, daim səs-küylü şəraitdə yaşayan və ya işləyən insanlarda hipertoniya (yüksək təzyiq) və ürəyin işemik xəstəliyinin inkişafı riski yüksək olur.

Mütəxəssislər evdə və iş yerində səs-küyün səviyyəsini daim kontrol etməyi, lazım olduqda xüsusi vasitələrdən (qulaqcıqlarda və s.) istifadə etməyi tövsiyə edirlər.