Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...

  • 2024.03.18 20:44
  • 813 Baxış
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz,  görün nələr olacaq...
Bəzi qidalar nizamlı olaraq istehlak edildikdə bədənimizə daha faydalı təsir göstərir. Bu qidalardan biri də qozdur.

Medicina.az xəbər verir ki, qoz orqanizmi xolesterol da daxil olmaqla onlarla problemdən qoruyan qidadır.

Son illərdə qozun faydaları ilə bağlı araşdırmalar onun sağlamlığa müsbət təsirlərini sübuta yetirib.

Antioksidant mənbəyidir

Qozun digər çərəzlərdən daha yüksək antioksidant səviyyəsinə malik olması, tərkibindəki E vitamini və polifenol adlı bitki birləşməsindən qaynaqlanır. Sağlam, yetkin şəxslər üzərində aparılan bir araşdırma, qozun yeməkdən sonra "pis" (LDL) xolesterolun oksidləşdirici zərərinin qarşısını aldığını aşkarlayıb.

Damarlarda pis xolesterinin yığılması ateroskleroza səbəb ola bilər. Bu səbəbdən qoz istehlakı böyük əhəmiyyət kəsb edir.

Omega-3-lə zəngindir

Omeqa-3 ilə digər çərəzlərdən daha zəngin olması qozu ən faydalı qidalardan biri edir. Onun 28 qramında 2,5 qram Omeqa-3 var.

Bitkilərdən, o cümlədən qozdan əldə edilən Omeqa-3 yağına alfa-linolenik turşu (ALA) deyilir. Bu yağı mütləq qidalar vasitəsilə almalısınız. Gündəlik ALA qəbulu 1,6 ilə 1,1 qram arasındadır. Bir porsiya qoz bu ehtiyacınızı qarşılayır.

Araşdırmalar göstərib ki, gündəlik qəbul edilən hər qram ALA ürək xəstəliyindən ölmə riskini 10% azaldır.

İltihabın düşmənidir

İltihab ürək-damar xəstəlikləri, 2-ci tip diabet, Alzheimer və xərçəng kimi bir çox xəstəliyin kökündə yatan əhəmiyyətli bir reaksiya olaraq önə çıxır. Qozdakı polifenollar iltihabla mübarizə aparmağa kömək edə bilər. “Ellagitannin”lər adlanan polifenolların bir hissəsi iltihabı xüsusi olaraq azaldır. Çünki bağırsaqlardakı faydalı bakteriyalar “ellagitannin”ləri iltihabdan qoruyan “urolitin”lər adlanan birləşmələrə çevirir.

Qozda olan ALA omeqa-3 yağı, maqnezium və amin turşusu arginin də iltihabı azaltmaqda təsirlidir.


Aysel