Səhər tezdən oyanmağa necə adət edək?- Asan metodlar

  • 2023.05.18 16:19
  • 2017 Baxış
Səhər tezdən oyanmağa necə adət edək? - Asan metodlar
Statistikaya görə, erkən qalxanlar işdə nəinki “gecə bayquşlarından” daha yaxşı performans göstərir, həm də onların həyatdan məmnunluq hissi də yüksəkdir.


“Medicina” xəbər verir ki, alman tədqiqatçıları insanın səhər tezdən oyanmaq üçün özünü proqramlaşdıra bildiyini müəyyən edib. Təcrübələr göstərib ki, yatmazdan əvvəl özlərinə səhər saat 6-da oyanmaq lazım olduğunu bir neçə dəfə deyən insanların bədənində səhər saat beşin yarısına qədər oyanışı təşviq edən hormonların səviyyəsinin artması baş verir.


Səhər tezdən (xüsusən yayda) mümkün qədər çox günəş dozası almaq lazımdır. Pərdələri açın, qaranlıqda oturmayın və parlaq günəş işığı bədəni tez bir zamanda istədiyiniz gümrah fazaya keçirəcəkdir. Günəş işığı beyni oyatmağa malikdir.


Səhər tezdən "bayquşlar" daha 20-30 dəqiqə özlərinə yuxuya getməyə icazə verməyə çalışırlar. Heç bir halda bu edilməməlidir, çünki siz artıq oyanan bədəni yenidən konfiqurasiya edəcəksiniz.


Mütəxəssislər həftə içi və ya həftə sonlarından asılı olmayaraq, səhər tezdən eyni vaxtda oyanmağa öyrəşməyi məsləhət görürlər. Əgər buna nail ola bilsəniz, o zaman sonradan zəngli saata belə ehtiyacınız olmayacaq, çünki orqanizm eyni vaxtda oyanmağa alışacaq. Özbaşına oyanmaqla zəngli saatda oyanmaq arasındakı fərq hər kəsə aydındır.


Yeri gəlmişkən, zəngli saat stress hormonunun qana güclü bir şəkildə sıçramasına səbəb olacaqdır. Saatın zəngini daha sakit və mülayim edin, ancaq sizi oyatmaq üçün kifayət etməlidir.

Oyandıqdan sonra qan dövranını artırmaq üçün özünüzü aktiv hərəkət etməyə məcbur etməlisiniz. Yatmamışdan öncə su içməyi də unutmayın, çünki gecə ərzində biz intensiv olaraq maye itiririk.

Günay Quluzadə