Səhər yeməyinə bunu yeyin, sağlamlığı bərpa edin – Toksinlər, zəiflik, qəbizlik, həzm pozğunluğuna qarşı

  • 2019.07.24 16:41
  • 73168 Baxış
Səhər yeməyinə bunu yeyin, sağlamlığı bərpa edin –  Toksinlər, zəiflik, qəbizlik, həzm pozğunluğuna qarşı
Əgər hər gün səhərlər səhər yeməyi kimi bu qarışımı yesəniz, bağırsaqlarınız toksin, zəhər və şlaklardan təmizlənəcək, orqanizm möhkəmlənəcək, həzm yaxşılaşacaq, dəriniz və saçlarınız bərpa olacaq, xəstəliklərə müqavimətiniz artacaq.


Medicina.az faydalı səhər qarışımının reseptini təqdim edir:


Lazımdır:


Yulaf – 2 xörək qaşığı

Yağsız yoqurt – 300 ml

Qara gavalı – 4 əddə

Kakao tozu – yarım çay qaşığı

Üyüdülmüş kətan toxumu – 1 çay qaşığı


Hazırlanması:


Qarışım gecədən hazırlanır. Qara gavalı qaynae suda 15 dəqiqə saxlanılır. Yulaf, kətan toxumu, kakao yoqurta qatılır. Gavalı sudan çıxarılıb, soyudulur və xırda doğranılır. Gavalını da yoqurta qatıb, qarışdırın. Soyuducuya qoyun.

 

Səhər çıxarıb, otaq temperaturunda saxlayıb, 1 saat sonra yeyin. İlk günlər bağırsaq tərəfdən bəzi əlamətlər ola bilər, amma bu bir müddət sonra itəcək. 12 gün qəbul edib, sonra fasilə verin.