Şəhər yollarındakı toz - xərçəng əmələ gətirir

  • 2023.10.21 17:51
  • 1888 Baxış
Şəhər yollarındakı toz  - xərçəng əmələ gətirir

İri şəhərlərin yollarında təhlükəli kanserogen maddə olur. Bu maddə avmobil yanacağı qazlarından əmələ gəlir.


“Medicina” xəbər verir ki,yollardakı tozda müxtəlif elementlər var – torpaq, gübrə, xırda zibil, təkərlərdən rezin hissəcikləri. Onların üzərinə daha təhlükəli maddə ağır metal və PAU çökür.
Bu toz burun –nəfəslə asanlıqla orqanizmə daxil olur, dəri ilə təmasda olur.


Lomonosov adına universitetin alimləri yol tozunda olan kanserogen maddə - benzapirenin təsirini araşdırıb.

O atmosferə avtomobil yanacağı və sənaye qazlarından atılır.

Alimlər Moskva üzrə yollardan 160 nümunə toplayıb. Eləcə də kənar məhəllə və həyətlərdən tozları yoxlayıb.

Məlum olub ki, Moskva üzrə əsas yollarda benzapirenin miqdarı normadan 53 dəfə çoxdur, hər kiloqrama 0,23 mq düşür.

Ən çirkli yerlər sakinlərin istifadə etdiyi avtomobil dayanacaqları idi. Onlar da yaşayış yerlərinə yaxındır.

Bununla da paytaxtda yaşayanların sağlamlığının təhlükə altında olduğu sübut olunur.

Aygün Musayeva