Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhərlər acqarına 2 ədəd yerkökü yeyin! – İnanılmaz təsiri

  • 2024.03.12 12:39
  • 848 Baxış
Səhərlər acqarına 2 ədəd yerkökü yeyin! –  İnanılmaz təsiri
Bəzi qidalar səhərlər acqarına istehlak edildikdə sağlamlığa böyük faydalar verir.

Medicina.az xəbər verir ki, belə qidalardan biri də yerköküdür.

Tərkibində yüksək miqdarda lif olan yerkökü səhərlər ac qarına istehlak edildikdə faydasını iki qat artırır.

Bu tərəvəz A və C vitaminləri ilə zəngindir və buna görə də göz sağlamlığı üçün faydalıdır. Şəkərli diabet xəstələri üçün də faydalı tərəvəzdir.

Yerkökü qan şəkərinin yüksəlməsinin qarşısını alır. Bu xüsusiyyəti sayəsində insanı tox saxlayır və arıqlamağa kömək edir.

Tərkibindəki karotenoidlər dəri sağlamlığını yaxşılaşdırır, daha gənc görünməyə kömək edir.

Yerkökünün ehtiva etdiyi vitaminlər saçları gözəlləşdirir və sağlam uzanmasına səbəb olur.

Yerkökü antikarsinogen xüsusiyyətlərə malikdir. Buna görə də immuniteti gücləndirir və xərçəngdən qoruyur.

Dietoloqlar bildirirlər ki, səhərlər acqarına 2 ədəd yerkökü yemək bütün bu faydaları ilə yanaşı ağız qoxusunu və qəbizliyi də aradan qaldırır.


Aysel