Dünyanın bir çox ölkəsində tez-tez qeydə alınan infarktla bağlı mühüm xəbərdarlıq edilib. Ekspertlər vurğulayırlar ki, bəzi vərdişlər infarkta səbəb olur.
Medicina.az xəbər verir ki, mütəxəssislər dünyanın bir çox ölkəsində tez-tez qeydə alınan infarktla bağlı araşdırma aparıblar. Amerikalı tədqiqatçının apardığı araşdırmanın nəticələrinə görə, bəzi şəxsi vərdişlərin ölümcül infarktlara səbəb olduğu bildirilib.
İnfarktlar son zamanlar gənclərdə də müşahidə olunmağa başlayıb. Məlumata görə, ən çox ölümlə nəticələnən infarkt səhər saatlarında qeydə alınır.
Harvard Tibb Fakültəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, səhər saatlarında infarkt keçirmə, digər zaman intervallarına görə daha çox ölümlə nəticələnir.
Səhər saat 06:00 ilə günorta saatları arasında infarktların yüksək ölüm nisbəti ilə nəticələndiyinə diqqət çəkən professor Sriniath Reddi mövzu ilə bağlı əhəmiyyətli açıqlamalar verib. Bəzi vərdişlərin infarkt keçirmə ehtimalını artırdığını ifadə edən Reddi, keyfiyyətsiz və nizamsız yuxunun, az idmanın və kifayət qədər su içməməyin səhərlər infarkt keçirmə riskini artırdığını vurğulayıb.
Aygün
Medicina.az