Şəhərlərə supertarakanlar daraşıb – Dərmana davamlıdırlar

  • 2019.12.13 18:05
  • 3285 Baxış
Şəhərlərə supertarakanlar daraşıb  –  Dərmana davamlıdırlar


Artıq iri paytaxtlara, şəhərlərə dərmanlara və kimyəvi maddələrə dözümlü həşəratlar dolur.

Medicina.az xəbər verir ki, yaşayış binalarının altında olan mağaza, market, kafe, restoranların çox olması həşəratların sevimli məskəninə çevrilir.


Eləcə də hər tinbaşı zibil qalaqları tarakanları çoxaldır.

Medicina.az xəbər verir ki, sanitar-dezinfeksiyaedici vasitələrdə qənaət edən, ucuz və effektsiz dərmanların alınması vəziyyəti qəlizləşdirir. Tarakanlarda bu vasitələrə qarşı artıq dözümlülük var.

Tarakan və həşəratlara qarşı uzun müddət eyni dərmanın istifadəsi rezisdentlik yaradır və o dərman təsir etmir.
Getdikcə super güclü olan həşəratlar üçün daha bahalı, yeni dərmanlar tətbiq olunmalıdır.


“Bu vaxta kimi iri şəhərlərdə bu qədər tarakan yox idi, olsa da sahibkarlar və təsərrüfat işçiləri normal dezinfeksiya işi aparırdılar. Amma indi market, mağaza, restoran, kafe sahibləri öz bildikləri metoddan istifadə edir, nəzarət zəifdir.


Əgər aşağı mərtəbədəki restoran sahibi onun mətbəxi və anbarında yaşayan tarakanları təmizləyib məhv etməsə, yuxarı mərtəbədəki sakinlərin mübarizəsi mənasızdır, tarakanlar yenə gələcək. Zərərverici həşəratlarla mübarzə metodlarını dəyişmək lazımdır. Yaxşı olar ki, bor turşusu və tərkibində bor və diatomit olan maddələr tətbiq edilməlidir. Bu maddələr dəhşətli səslənir, orqanizmə ziyanlıdır, amma düzgün istifadə edilsə, super tarakanlardan xilas ola bilərsiz".