Səhhətinə görə vaksin oluna bilməyənlər üçün - Əks-göstəriş SERTİFİKATI

  • 2021.07.26 15:50
  • 1604 Baxış
Səhhətinə görə vaksin oluna bilməyənlər üçün    - Əks-göstəriş SERTİFİKATI


Prezidentin köməkçisi Şahmar Mövsümov səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Medicina.az xəbər verir ki, Ş. Mövsümov bildirib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur:

“Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.