Şəhid və qazilərin övladları sünnət edildi - Baku Medikal Plazadan AKSİYA

  • 2021.11.13 15:14
  • 3453 Baxış
Şəhid və qazilərin övladları sünnət edildi -  Baku Medikal Plazadan AKSİYA
44 günlük Vətən müharibəsi qələbəsinin ildönümü və Zəfər günü münasibətilə Baku Medikal Plazada xüsusi aksiya keçirilib.

Medicina.az xəbər verir ki, ‘Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi’nin Xətai rayon filialı, ‘Baku Medical Plaza’ klinikalar şəbəkəsi ilə birgə ondan çox uşaq sünnət edilib.

Aksiya çərçivəsində klinikanın həkimləri Dr. Bəxtiyar Hüseynov, Dr. Aqil Əbilov, Dr. Bəxtiyar Qəhrəmanov və Dr Fəqan Seyidov tərəfindən qazilərin, şəhid ailələrinin oğlan övladları təmənnənsız sünnət əməliyyatı olunub.