Səhiyyə nazirindən plastik cərrahlarla bağlı açıqlama

  • 2026.02.26 11:00
  • 172 Baxış
Səhiyyə nazirindən plastik cərrahlarla bağlı  açıqlama

Plastik və estetik əməliyyat üçün icazəsi olanların sayı 45 nəfərdir.

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, onların sayı ilbəil arta bilər:

"Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu sahədə şərait yaxşılaşır".