Səhiyyə nazirindən yeni təyinatlar

  • 2023.01.13 12:08
  • 922 Baxış
Səhiyyə nazirindən yeni  təyinatlar
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor təyin edilib.

Səhiyyə Nazirliyindən Medicina.az -a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.


Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.