Səhiyyə nazirinin bütün müavinləri işdən çıxarıldı - Rəsmi

  • 2022.02.04 09:53
  • 2290 Baxış
Səhiyyə nazirinin bütün müavinləri işdən çıxarıldı -  Rəsmi
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Bu barədə Medicina.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.