Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verib – SİYAHI

  • 2019.11.23 12:37
  • 4769 Baxış
 Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verib –  SİYAHI
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.


Medicina.az xəbər verir ki, sentyabr ayında "Agavit” (şərbət, Türkiyə), "CaDlife” (tablet, Türkiyə), "Extra-E” (tablet, Türkiyə), "Optiprost” (tablet, İtaliya) və "Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.


Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.


Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.