Səhiyyə Nazirliyi ölən idmançının diaqnozunu açıqladı

  • 2019.01.28 10:40
  • 10583 Baxış
Səhiyyə Nazirliyi ölən idmançının diaqnozunu açıqladı
 


İdmançı Xamis Məmmədov 24 yanvar tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. 


Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, X. Məmmədov 26 yanvarda dünyasını dəyişib.


Yaxınları meyitin  tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub.