Aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələri üçün “Çağrı Mərkəzi” istifadəyə veriləcək
"Medicina" xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” aprelin 1-dən istifadəyə veriləcək.
Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.
Bildirilib ki, “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.
9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.
Salam. Mən Məmmədov Sevindik Adil oğlu 19-fevral 1966 -cı il təvəllüdüyəm, Cəbrayıl Rayon sakiniyəm müvəqqəti Apşeron rayon Mehdiabad Qarant şəhərciyində yaşayıram(Əvala üzür istəyirəm) Mənim prostatımda və sidik kisəmdə problem var, həkimlər deyir ki, sidik kisəndəki daş böyükdür əməliyatla götürülə bilər. Mən hansı xəstəxanada müalicə və ya əməliyat oluna bilərəm? Əlaqə nömrəm 050 461 58 22-dir bir neçə dəfə mənə kömək edə biləcəyiniz haqda zəng olunub, həmin vaxtlarda müalicələr alırdım, indi vəziyyətim ağırlaşır və ağrılar məni çox incidir mənə necə kömək edə bilərsiniz.