Səhiyyə xərcləri 30 %-dən çox azalıb

  • 2026.01.28 17:14
  • 284 Baxış
Səhiyyə xərcləri 30 %-dən çox  azalıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 1 275,3 milyon manat xərclənib.

Maliyyə Nazirliyindən Medicina.az -a verilən məlumata görə, bu, 2024-cü illə müqayisədə 552,2 milyon manat və yaxud 30,2 % azdır.

Hesabat dövründə səhiyyə xərcləri faktiki xərclərin 3,3 %-ni təşkil edib.