Şəkər krizi nədir ?– Ürəyim şirniyyat istəyir...

  • 2023.03.31 21:49
  • 1961 Baxış
Şəkər krizi nədir ? – Ürəyim şirniyyat istəyir...
Preddiabet və diabetdən əziyyət çəkən insanlar adətən “şəkər krizləri” keçirir.

“Şəkər krizləri” anidən unlu və ya şəkərli qida gördükdə və ya görmədikdə ürəyin istəməsidir. Bu daha çox nevroloji hesb edilir. Lakin əsasən burda insulin dirənci xəstələrində olur.

“Medicina” xəbər verir ki, qida qəbulu vaxtı qana insulin buraxılır. Amma insulin normadan artıq verilir qana. Çünki reseptorda insulin balansı pozulur. Mədəaltı vəzi də normadan artıq hormonburaxdıqda, artıq insulin əmələ gəlir.

Artıq insulin əmələ gəldikdə isə xəstədə şəkər düşməyə başlıyır. Nəticədə xəstə səhər yeməyi yediyi halda, bir neçə dəqiqə sonra sanki, heç nə yeməmiş kimi özünü hiss edir. Yaxud birdən- birə hansısa şirniyyatı yemək istəyir.

Hətta elə xəstə var ki, səhər yediyi yeməkdən asılı olaraq halsızlaşır. Məsələn bal, yaxud şəkərli yemək yeyəndən sonra.

Belə xəstələr “insulin dirənci xəstələri” adlanır, endokrinoloq müayinəsindən keçməlidirlər.

Aygün Musayeva