Şəkər, qənddən tam imtina diabet və təzyiqdən qoruyur

  • 2022.09.05 16:54
  • 1759 Baxış
Şəkər, qənddən tam imtina diabet və təzyiqdən qoruyur
Rasiondan tam olaraq rafinə edilmiş, yəni hazırda satılağ ağ qənd və şəkər tam çıxarılarsa, diabet və təzyiq xəstəliyinin yaranma riskini 10 dəfə azaldır.


"Medicina" xəbər verir ki, bu barədə nutrisioloq İrina Pisareva bildirib.

"Menyudan şəkəri tam çıxarmaq sağlam arıqlamağa da təsir edir və insan bir daha kökəlmir. Qənd, şəkərdən imtinadan 1 ay sonra təzyiq normallaşır.


Damarlar daha elastik olur, beyin və ürək oksigenlə təchiz olunur.

Şirniyyat yeməyənlər uzun müddət fiziki aktiv olur.


Dərinin rəngi yaxşılaşır, orqanizmdə iltihab azalır, qocalma ləngidir.

Amma təbii şəkəri orqanizmdən tam kəsməyin. Çünki o karbohidrat mübadiləsində iştirak edir. Əks təqdirdə insan tez yorulur, beyin zəifləyir".


Aygün Musayeva