Şəkər xəstələri yoqa və meditasiya etsin - Alimlər

  • 2022.10.10 16:43
  • 1819 Baxış
Şəkər xəstələri yoqa və meditasiya etsin  - Alimlər

Meditasiya dərmanlardan az effektiv deyil. Diabet xəstələrinə müsbət təsir edir.

"Medicina" xəbər verir ki, Kaliforniya universitetinin alimləri yoqa və meditasiyanın qanda şəkərə təsiri barədə araşdırma aparıb.

Onlar 30 il ərzində bütün dünyada aparılan sınaqların nəticələrini analiz ediblər.

Onlar dərmanla yanaşı, alternativ metodlara müraciət edən şəkər xəstələrinin durumunu incələyib.
Bura meditasiya, yoqa, tənəffüs texnikaları, gimnastika aiddir.

Alimlər bunları edən və etməyib yalnız dərman qəbul edən xəstələrin sağlamlıq göstəricilərini təhlil edib.

Məlum olub ki, meditativ praktikalar qanda qlükozanı əlavə olaraq 0,8%, yoqa isə 1% salıb. Bu Metforminin təsiri ilə demək olar ki, eynidir.

Ona görə də diabet xəstələri Metformin və ya insulinlə yanaşı yoqa və meditasiya etsələr, qanda şəkər bir az da aşağı düşər.

Aygün Musayeva