Dietoloq P2-ci tip diabet xəstələrində ölüm riskini azaldan 4 içkinin adını çəkib.
Medicina.az xəbər verir ki, bu dörd içkinin ölüm riskini 20 faizə qədər azaltdığı sübut edilib.
2-ci tip diabet, insanın qan şəkərinin səviyyəsinin həddindən artıq yüksək olduğu ciddi xroniki xəstəlikdir.
"Tədqiqat göstərib ki, 2-ci tip diabetli yetkinlər, xüsusən də şəkərli içkilərlə əvəz edildikdə, dörd fərqli içki içməklə daha uzun yaşaya və ürək-damar xəstəlikləri riskini azalda bilərlər. Sadə su, çay, qəhvə və az yağlı süd istehlakı istənilən səbəbdən ölümlə tərs əlaqəli idi", - deyə diyetoloq Vasilisa Ponomaryova bildirib.
"Gündə altı porsiya qəhvə, çay və ya su içən iştirakçıların tədqiqat dövründə ölüm riski müvafiq olaraq 26%, 21% və 23% daha aşağı idi. Çox miqdarda az yağlı süd istehlak edənlərdə ölüm nisbəti də 12% daha aşağı idi."
Qəhvə və az yağlı südün daha yüksək istehlakı ürək-damar xəstəlikləri riskinin 18% və 12% daha aşağı olması ilə əlaqələndirilib.
Bu, qazlı içkilər kimi ən çox şəkərli şirinləşdirilmiş içkilər istehlak edənlərlə kəskin ziddiyyət təşkil edirdi. Bu iştirakçıların müntəzəm olaraq bu içkiləri ən az miqdarda içənlərlə müqayisədə istənilən səbəbdən ölüm riski 20 faiz daha yüksək idi.
Ən çox şəkərli içki içənlərdə ürək-damar xəstəlikləri riski 25 faiz, ürək-damar xəstəliklərindən ölüm riski artmışdı.
Aygün Musayeva