Şəkər xəstəsi olub-olmayacağınızı necə bilməli?

  • 2023.11.14 18:37
  • 1765 Baxış
Şəkər xəstəsi olub-olmayacağınızı necə bilməli?

Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı bilmək üçün bu əlamətlərə diqqət yetirin.


Medicina.az həmin simptomları təqdim edir:


1.Sİdiyə tez –tez getməyə başlamısız.


Fərqi yoxdur, gecə, gündüz, hiss edirsiz ki, tualetdə gününüz çox keçir? Qanda artıq qlükoza sidiklə ixras olur. Eləcə də bədən çox maye itirir.


2. Aclıq hissi artıb, iştah yüksəlib


Bunda pis nə var ki, düşünürsüz. Lakin normadan artıq aclıq, yeyib doymamaq şəkərli diabetin elə birinci xəbərçisidir.


3.Tez yorulma, tənbəllik


Diabet xəstələri 3 il öncədən hədsiz yorğunluq, enerjisizlikdən şikayətləndiklərini xatırlayır. Heç bir iş görmədən, elə evin içindəcə yorğun-arğın gəzmək o deməkdir ki, orqanlar və hüceyrələr lazımi qədər enerji almır.


4.Görməniz zəifləyir


Bunun üçün göz həkiminə gedirsiz, o sizdə görmədə zəiflik, yaxından uzaqdan görmə, astiqmatizm tapır, amma heç kim demir ki, qanda insulin dirənçini yoxladın. Çünki artan şəkər göz damarlarını zədələyir. Vaxtında xəstəlik aşkar olunmadıqda və müalicə edilmədikdə, gözlər çox zəifləyir


5.Piqment ləkələri


Boyun, boğaz, qolaltı, qasıqda qəhvəyi ləkələrin əmələ gəlməsi də II tip diabetə bir işarə ola bilər.


6.Tez-tez göbələk infeksiyalarına yoluxmaq


Dəridə, dırnaqlarda, ağız içində, qadınlarda vaginal göbələk infeksiyalarının artması, gec sağalması, qaşınma artıq diabetə doğru yol aldığınızı göstərir

Aygün Musayeva