Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəki-Oğuz avtomobil yolunda ağır qəzaya düşənlərin vəziyyəti

  • 2025.07.09 16:42
  • 101 Baxış
Şəki-Oğuz avtomobil yolunda ağır qəzaya düşənlərin  vəziyyəti


Şəki-Oğuz avtomobil yolunda baş verən avtomobil qəzası zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, iyulun 9-u, saat 14:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.

"Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta stabil qiymətləndirilir".