Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəki Ürək Mərkəzində 750-yə yaxın cərrahi əməliyyat icra olunub - İlk bir ildə - FOTO

  • 2025.08.06 10:21
  • 127 Baxış
Şəki Ürək Mərkəzində 750-yə yaxın cərrahi əməliyyat icra olunub -  İlk bir ildə - FOTO

Ötən ilin iyul ayında istifadəyə verilən Şəki Ürək Mərkəzində bugünədək 745 angioqrafiya və angioplastika əməliyyatları həyata keçirilib.

Medicina.az xəbər verir ki, bu dövr ərzində tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə ümumilikdə 120-dən çox pasiyentin stasionar qəbulu baş tutub. Həmin xəstələrə aorta şuntlama əməliyyatı icra olunub.



Eyni zamanda Şəki və ətraf rayonlardan 250-dən çox pasiyent miokard infarktı, kardiogen şok vəziyyəti və s. şikayətlərlə məhz bu mərkəzə təxliyə edilib.

Ən müasir tibbi avadanlıqlarla təmin olunan Şəki Ürək Mərkəzi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə 7/24 saat vətəndaşlara xidmət göstərir. Tibb müəssisəsində 7 həkim, 50-dən çox tibb personalı fəaliyyət göstərir.



Burada vətəndaşlara təqdim olunan bütün zəruri tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.



Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində Şəki Ürək Mərkəzinin açılışı TƏBİB tərəfindən həyata keçirilən regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində ötən ilin 19 iyul tarixində baş tutub.

Mərkəzin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də maqnit rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) kimi radioloji xidmətlərin göstərilməsi imkanları var.



Qeyd edək ki, əvvəllər Şəki və ətraf rayonlarda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, əsasən, paytaxt Bakıya təxliyə edilirdi. Artıq onlar üçün ən yaxın ünvanda sahə üzrə keyfiyyətli və əlçatan tibbi xidmətlər təşkil olunur.