Şəkidə 13 yaşlı uşağın müəmmalı ölümü

  • 2024.03.19 15:34
  • 889 Baxış
Şəkidə 13 yaşlı uşağın müəmmalı    ölümü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəkidə 13 yaşlı yeniyetmənin xəstəxanada vəfat etməsi barədə açıqlama verib.

"Medicina" xəbər verir ki, dünən 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub:

“Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb”.

Bildirilib ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb.