Şəkidə mənşəyi məlum olmayan xəstəliklə bağlı araşdırma aparılır - DİN

  • 19 İyl 2022 15:37
  • 620 Baxış
Şəkidə mənşəyi məlum olmayan xəstəliklə bağlı araşdırma aparılır -  DİN
Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən kütləvi mənşəyi məlum olmayan xəstəliklə bağlı məsələyə Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib.

Mahir Məsimov APA-ya açıqlamasında deyib ki, müvafiq qurumlar qəsəbədə olub, analiz üçün müvafiq nümunələr götürülüb:


“Dünən axşam saatlarından başlayaraq Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayan bir qrup sakin, qızdırma, ishal və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib və evə buraxılıblar.



Məsələ ilə bağlı Rayon Polis Şöbəsi, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda faktla bağlı Şəki Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.