Şəkidə uşaq anasının sırğasını uddu

  • 2022.12.20 16:42
  • 1361 Baxış
Şəkidə uşaq anasının sırğasını uddu

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

"Medicina" xəbər verir ki, 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.