Seksdən asılılıq genetik xəstəlikdir – Kökü dədə-babalarınıza gedib çıxır

  • 2019.11.25 15:54
  • 7355 Baxış
Seksdən asılılıq genetik xəstəlikdir –  Kökü dədə-babalarınıza gedib çıxır
Seks bağımlılığının genetik faktorlu xəstəlik olduğu aşkarlanıb. The Times qəzetinin yazdığına görə, Epigenetics adlı elmi jurnalda yayımlanan araşdırma, "seks asılılığı" olduğunu deyən şəxslərdə bunun qeyri-adi bir şəkildə genetik fəktorla əlaqələri aşkarlanıb. 


Medicina.az xəbər verir ki, bu zaman beyində normaldan çox "sevgi hormonu" olduğu bilinən oksitosinin ifraz olunur. Tədqiqatlarda həmçinin problemin müalicəsində yeni üsullar axtarıldığı qeyd edilib. 


Həmçinin seks asılılığının tibbi bir narahatlıq olduğu sübut edilib. İsveçin UMEA Universitetindən Jussi Jokinen bildirib ki, xəstəliyin bioloji səbəbləri mövzusunda artan sübutlar var. 


Ümumdünya Səhiyyə Təşkilatı seks bağımlılığını "nəzarətin itirildiyi  riskli cinsi davranış" olaraq təyin edib. Bu xəstəlik dünya əhalisinin 3-6 faizini əhatə edir Problem qismən narahatlıq və depresiya kimi ruhi problemlərlə birlikdə müşahidə edilir. 


Yeni araşdırma zamanı mütəxəssislər seks bağımlısı olduqlarını deyən 60şəxsdən və digər 33 könüllüdən qan nümunələri götürüblər. Onların beynində oksitosinin istehsalını məhdudlaşdıran genlərin vəzifələrini tam şəkildə yerinə yetirmədiyi aşkar olunub.