Səlim Müslümovun vəziyyəti hələ də ağırdır

  • 14 İyl 2022 16:57
  • 879 Baxış
Səlim Müslümovun vəziyyəti hələ də ağırdır

Bildiyiniz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov uzun müddətdir ki, səhhətindəki problemlərlə əlaqədar xəstəxanada müalicə alır.

Medicina.az xəbər verir ki, sabiq nazirin atası Yanvar Müslümov "Unikal"a açıqlamasında oğlunun hazırki durumundan danışıb:


"Səlimin vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Onunla görüşməyimizə icazə vermirlər. Durumu ağır olaraq qalır. Hamımız narahatıq. Dua edirik ki, oğlum tezliklə sağalsın", - deyə o bildirib.

Xatırladaq ki, Səlim Müslümov ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Cari ilin may ayında isə ev dustaqlığına buraxılıb. Sabiq nazir ürək-damar xəstəliklərindən əziyyət çəkir.