“Semaşko”nun direktoru işdən çıxarıldı - Rəhbərlik dəyişdirilir

  • 2020.07.14 16:57
  • 20532 Baxış
“Semaşko”nun direktoru işdən çıxarıldı  - Rəhbərlik dəyişdirilir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Medicina.az-a TƏBİİB-dən məlumat verilib.


TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.