"Semaşko"nun doğum şöbəsi işini bərpa etdi

  • 05 May 2022 15:11
  • 223 Baxış
"Semaşko"nun doğum şöbəsi işini bərpa etdi


Uzun müddətdir ki, COVID-19 virusuna yoluxaraq vəziyyəti ağırlaşmış hamilə və zahı qadınlara (ölkə üzrə) xidmət göstərən Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsi artıq digər şöbələr kimi adi qaydada fəaliyyətini bərpa edib.


Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda yerləşir. Şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7 tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 tibb personalı xidmət göstərir.

Qeyd edək ki, təkcə paytaxt deyil, ölkəmizin dörd bir tərəfindən hamilə və zahı qadınlar bura müraciət edərək, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər.

Yeri gəlmişkən bu gün 5 may - Beynəlxalq Həkim-Mama Günüdür. Bu ixtisas üzrə çalışan hər bir həkimimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!


Ümid edirik ki, bundan sonra onlar COVID-19 virusuna yoluxmuş yox, daha sağlam ana və körpələrlə işləyəcəklər!