"Semaşko"nun həkimi ağır vəziyyətdədir - EKMO-ya qoşulması vacibdir

  • 2020.12.07 16:31
  • 2114 Baxış
"Semaşko"nun həkimi ağır vəziyyətdədir -  EKMO-ya qoşulması vacibdir

1 saylı Klinik xəstəxanasında 40 ildir reanimatoloq kimi çalışan həkim Südabə Həsənova koronavirusa yoluxub.

Uzun müddət özü kovid xəstələrini həyata qaytaran həkim indi ağır vəziyyətdə reanimasiyadadır

Medicina.az xəbər verir ki, 1958-ci il təvəllüdlü həkimin ailəsi onun EKMO cihazına qoşulmasının vacilbliyini bildirir.

"Həkimlər onun EKMO-ya qoşularsa, yaşama şansının olduğunu deyirlər. TƏBİB və aiddiyatı qurumlar daha bir həkimimizin itirilməməsi üçün səsimizə səs versinlər və həkimi EKMO-ya qoşmağa göstəriş vermələrini xahiş edirik"