Şəmkirdə oğlan tövlədə intihar etdi

  • 2022.07.27 16:22
  • 2577 Baxış
Şəmkirdə oğlan tövlədə intihar etdi

Azərbaycanda daha bir intihar hadisəsi baş verib.


Lent.az-ın məlumatına görə, Şəmkirin Yuxarı Seyfəli kəndində 16 yaşlı yeniyetmə özünü asıb.


Kənd sakini 16 yaşlı Qara Sakit oğlu Qarayev yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.