Sərin otaqda yatın – Həkim səbəbi açıqladı

  • 2023.10.28 18:44
  • 2001 Baxış
Sərin otaqda yatın  – Həkim səbəbi açıqladı

Əgər siz qışda belə uzun müddət yerinizdə tərpənib, yuxuya gedə bilmirsizsə, otağın temperaturu və rütubətliliyini ölçmək lazımdır.


“Medicina” xəbər verir ki, həkim somnoloq, professor Roman Buzunov isti otaqda yatmağın çətin və sağlamlığa zərərli olduğunu açıqlayıb.


“Tibbi baxımdan yataq otağında optimal temperatur 18-22 dərəcədən artıq olmamalıdır. Bu şərti ola bilər. Çünki elə adamlar var, qışda da nazik odeyalda yarıçılpaq yatır və pəncərəni açıq qoyur.

Şimal soyuq ölkələrin əhalisi 15 dərəcədə də yatır.

Otağın ümumi temperaturunu kiçik pəncərəni açmaqla tənzimləmək olar.
Otağın havalandırılması havanın qurumasının qarşısını alır.

Əgər yataq otağında hava çox qurudursa, radiator və kombi havanı daha da qurudursa, pəncərəni açıq saxlayın. Çünki quru havada yatmaq ürək və tənəffüs orqanları üçün yükdür.

Qışda isitmə sisteminə görə rütubət 20%- ə qədər azala bilər. Bu isə Saxara səhrasındakı rütubətə bərabərdir. Selikli qişalar, dəri quruyur, öskürək, burun tutulması yaranr.

Yata bilmirsizsə, mütləq otaqda temperaturu 22-20 dərəcəyə qədər salın və pəncərəni açın”.

Aygün Musayeva